Paraqvayda saxlanılan Ronaldinyo azadlığa buraxılıb

Paraqvayda saxlanılan Ronaldinyo azadlığa buraxılıb
# 06 mart 2020 11:25 (UTC +04:00)

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo həbsdən azad edilib.

Apasport.az saytının məlumatına görə, Paraqvaya saxta sənədlərlə gəlməkdə şübhəli bilindiyi üçün dünən saxlanılan cənubi amerikalı buraxılıb.

Braziliyalının vəkili bildirib ki, Ronaldinyo məhkəmənin qərarını gözləməlidir: “O, öz Braziliya pasportu və şəxsiyyət vəsiqəsini polisə təqdim edib. Əgər nəyi isə gizlətmək istəsəydi, bunu etməzdi. Ronaldinyo və qardaşı bütün hüquqlara və azadlığa malikdir. Amma qərara alınıb ki, məhkəməni gözləmək üçün Paraqvayda qalacaq. O bilir ki, ittiham irəli sürülə bilər. Ronaldinyo heç bir cinayət törətməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR