"Parma" Rumıniya çempionatının bombardirini transfer edib

"Parma" Rumıniya çempionatının bombardirini transfer edib
# 30 yanvar 2021 10:45 (UTC +04:00)

"Parma" Rumıniya çempionatının bombardirini transfer edibİtaliyanın “Parma” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Dennis Manı transfer edib.

22 yaşlı rumıniyalı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb. “Styaua”dan transfer olunan futbolçunun keçidi 12 milyon avroya başa gəlib. Bu rəqəm bonuslar hesabına daha 3 milyon arta da bilər.

Qeyd edək ki, cari mövsümdə 18 oyunda 14 top vuran Man Rumıniya çempionatının bombardiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR