Pep Qvardiola 1000 xal səddini keçib

Pep Qvardiola 1000 xal səddini keçib
# 28 noyabr 2020 23:32 (UTC +04:00)

İngiltərə Premyer Liqasının X turu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Bernli” ilə qarşılaşmada ispaniyalı mütəxəssis karyerası ərzində 1000 xal səddini keçib.

Komandasının “Bernli” üzərində 5:0 hesablı qələbə qazandığı görüşdə Qvardiola məşqçilik karyerası ərzində ümumi xallarının sayını 1002-yə çatdırıb. O, bunun 373-nü “Barselona”da, 257-ni “Bavariya”da, 372-ni isə “Mançester Siti”də qazanıb.

Qeyd edək ki, Pep Qvardiola bu günlərdə “Mançester Siti” ilə müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR