Poçettino həmyerlisini PSJ-yə gətirir

Poçettino həmyerlisini PSJ-yə gətirir
# 08 yanvar 2021 14:52 (UTC +04:00)

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Serxio Aquero karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu PSJ-nin maraq dairəsindədir.

Paris təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino həmyerlisini komandasında görmək istəyir. Fransa klubu cənubi amerikalı forvardı azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Bu üzdən də PSJ Aqueronun müqaviləsinin yayda başa çatmasını gözləyir.

Qeyd edək ki, cari mövsüm zədələrdən əziyyət çəkən Serxio Premyer Liqada 5 matça çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR