Poçettinonun PSJ-dəki qazancı bəlli olub

Poçettinonun PSJ-dəki qazancı bəlli olub
# 15 yanvar 2021 11:57 (UTC +04:00)

Fransanın PSJ klubunun baş məşqçisi Maurisio Poçettinonun Paris təmsilçisindəki qazancı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl almaniyalı Tomas Tuxeli əvəzləyən argentinalı ilk mövsümdə 6,3 milyon avro əldə edəcək.

Növbəti mövsümdə onun qazancı 7,5, sonra isə 8,04 milyona yüksələcək. Onun 2021/22 mövsümündəki maaşı sələfinin qazancından iki dəfə artıq olacaq.

Qeyd edək ki, PSJ Tuxelə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 6 milyon avro kompensasiya ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR