Pol Poqba “Mançester Yunayted”lə müqaviləni uzatmayacaq

Pol Poqba “Mançester Yunayted”lə müqaviləni uzatmayacaq
# 21 noyabr 2020 18:58 (UTC +04:00)

Fransa millisinin və İngiltərə “Mançester Yunayted”inin futbolçusu Pol Poqba gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmayacaq.

Poqba yeni kluba azad agent kimi keçməyə üstünlük verir. O, bu statusla seçim imkanının daha böyük olduğunu və müqavilə üçün daha sərfəli şərtlərin təklif ediləcəyini düşünür.

Qeyd edək ki, Poqba 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR