Polşa - Azərbaycan matçının stadionu dəqiqləşib

Polşa - Azərbaycan matçının stadionu dəqiqləşib
  • Clock-gray 11:32
  • calendar-gray 30 May 2020

Qadınlardan ibarət milli komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının yeni təqvimi bəllidir.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən təxirə salınan Polşa - Azərbaycan qarşılaşmasının məkanı da artıq müəyyənləşib.

Koronavirus pandemiyası səbəbindən aprelin 9-dan oktyabrın 23-nə keçirilən görüş Qdnyada olacaq. Komandalar həmin gün 15 min tamaşaçı tutumuna malik olan GOSİR stadionunda üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2021-in seçmə mərhələsində D qrupunda yer alan Azərbaycan millisi yeni təqvimə əsasən sentyabrın 16-da Moldova, 22-də İspaniya ilə evdə, oktyabrın 23-də Polşa, 27-də isə Çexiya ilə səfərdə qarşılaşacaq. Millimiz qrupda keçirdiyi ilk 4 oyunda xal toplaya bilməyib.

ApaSport

Digər xəbərlər