Polşa – Azərbaycan oyunu təxirə salınıb

Polşa – Azərbaycan oyunu təxirə salınıb
# 19 mart 2020 09:46 (UTC +04:00)

Qadınlardan ibarət milli komandalar arasında aprel ayında keçirilməsi nəzərdə tutulan Avropa çempionatının seçmə mərhələ oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən Azərbaycan millisinin də bir oyunu baş tutmayacaq.

Seçmə mərhələnin D qrupunda yer alan Siyasət Əsgərovun yetirmələrinin aprelin 9-da Polşa ilə səfər matçı təxirə salınıb. Həmçinin qrupun İspaniya – Moldova, İspaniya – Çexiya və Moldova – Polşa qarşılaşmaları da oynanılmayacaq.

Əgər təqvimdə hər hansı bir dəyişiklik olmasa, mübarizə iyunun 5-də Çexiya – Azərbaycan görüşü ilə bərpa ediləcək. Ancaq iyun ayındakı matçların da aqibəti bəlli deyil.

Qeyd edək ki, qrupda keçirdiyi 4 oyunun hamısında məğlub olan yığmamız 5 komanda arasında sonuncu pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR