Portuqaliya liderliyə yüksəlib, Ronaldo ilk qolunu vurub

Portuqaliya liderliyə yüksəlib, Ronaldo ilk qolunu vurub
# 31 mart 2021 00:37 (UTC +04:00)

DÇ-2022-nin seçmə oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının mübarizə apardığı Avropa zonasının A qrupunda III tura yekun vurulub.

Millimizin evdə Serbiyaya 1:2 hesabı ilə uduzduğu turun ikinci matçında Lüksemburq Portuqaliyanı qəbul edib. Meydan sahibləri ilk yarıda hesabı açsa da, son Avropa çempionu fasiləyədək hesabda tarazlıq yaradıb.

İkinci hissədə qələbə qollarına da imza atan Portuqaliya səfərdən 3 xalla ayrılıb. Kriştiano Ronaldo cari tsikldə ilk qolunu bu matçda vurub. Bu qələbə pireneyliləri 1-ci pilləyə daşıyıb.

Qrupumuzda yer alan İrlandiya yığması isə Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 1-də keçiriləcək. Azərbaycan Lüksemburqun, İrlandiya Portuqaliyanın qonağı olacaq.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
A qrupu
III tur, 30 mart
Lüksemburq – Portuqaliya – 1:3

Rodriges, 30 – Jota, 45+2, Ronaldo, 51, Joao Palinya, 80

1

Portuqaliya

3

2

1

0

6-3

7

2

Serbiya

3

2

1

0

7-5

7

3

Lüksemburq

2

1

0

1

2-3

3

4

İrlandiya

2

0

0

2

2-4

0

5

Azərbaycan

2

0

0

2

1-3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR