Portuqaliya millisinin baş məşqçisi: "Azərbaycandan qorxmuram"

Portuqaliya millisinin baş məşqçisi: "Azərbaycandan qorxmuram"
# 18 mart 2021 09:26 (UTC +04:00)

“Milli komanda üçün ən başlıcası dünya çempionatına getməkdir. 8 oyunluq qrup həmişə təhlükəlidir, “sürüşmə” ölümcül ola bilir”.

Apasport.az saytının məlumatına görə, bunu futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos deyib.

Yerli mətbuata açıqlama verən təcrübəli mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlar barədə fikirlərini bölüşüb. O, millimizlə görüşdə arxayınlaşmaqdan ehtiyat etdiyini söyləyib: “Lüksemburq son illər amansız böyümə yaşayıb. Serbiya daim güclüdür. Onlar həmişə super çıxış etməyi bacaran və bir anda yox olan komandadır. Bunu biz heç vaxt bilmirik. Onlara qarşı həmişə çətinlik çəkdik. Həmçinin Azərbaycan da var... Mən Azərbaycandan qorxmuram. Portuqaliya favoritdir, mən belə güman edirəm. Azərbaycanı asan rəqib saymağımızdan qorxuram. Futbolda top tora düşmədikcə vəziyyət mürəkkəbləşir”.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu martın 24-də İtaliyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR