Portuqaliya millisinin baş məşqçisi: “Ronaldonun arzusu dünya çempionatında qalib olmaqdır”

Portuqaliya millisinin baş məşqçisi: “Ronaldonun arzusu dünya çempionatında qalib olmaqdır”
  • Clock-gray 17:56
  • calendar-gray 17 Mart 2021

“Əminəm ki, Kriştiano çox motivasyalıdır. Bu, təkcə qollar vurduğuna görə deyil”. 

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Təcrübəli mütəxəssis DÇ-2022-nin seçmə mərhələsinin oyunları ərəfəsində Kriştiano Ronaldonun iddialarından danışıb. Baş məşqçi ulduz hücumçunun dünya çempionu olmaq xəyalını da dilə gətirib: “O, milli komandanı təmsil edəndə əlavə motivasiyası olur. Əminəm ki, Ronaldo yığmanın düşərgəsinə belə iddialı gələcək. Millinin hədəflərinə köklənərək şəxsi məqsədləri düşünməyəcək. Mən bilirəm ki, onun böyük arzusu dünya çempionatında oynamaq və qalib olmaqdır. Bu, əsas hədəfdir”.

Qeyd edək ki, Ronaldolu Portuqaliya seçmə mərhələdə ilk oyununu martın 24-də Azərbaycana qarşı keçirəcək.

ApaSport

Digər xəbərlər