Puşkaş mükafatının sahibi bəlli olub

Puşkaş mükafatının sahibi bəlli olub
# 17 dekabr 2020 22:26 (UTC +04:00)

İlin ən gözəl qolunun müəllifi bəlli olub.

Apasport.az saytının məlumatına görə, FİFA-nın Püşkaş mükafatının sahibi onlayn təşkil olunan mükafatlandırma mərasimində açıqlanıb.

Mükafata cənubi koreyalı Xon-Min Son (“Tottenhem” – “Bernli” oyunu) layiq görülüb. O, digər iki qolun müəlliflərini – uruqvaylılar Giorgian de Arraskaeta (“Çeara” – “Flamenqo” oyunu) və Luis Suares (“Barselona” – “Malyorka” oyunu) arxada qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR