Qabriele Qravina: “A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır”

Qabriele Qravina: “A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır”
# 29 may 2020 13:03 (UTC +04:00)

“A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır. Mən xoşbəxtəm və nəticədən razıyam”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

Qurum başçısı koronavirus pandemiyası üzündən dayanan A seriyasının bərpası barədə fikirlərini açıqlayıb: “Bu uğuru idman naziri və federasiyanın bütün subyektləri ilə bölüşürük. Bizim layihə böyük məsuliyyət kəsb edir. Çünki burada A, B, C seriyaları və ümid edirəm ki, qadınların A seriyası daxil olmaqla İtaliyanın bütün peşəkar futbol aləmi iştirak edir”.

Qeyd edək ki, daha öncə İtaliyanın idman naziri Vinçentso Spadafora A seriyasının iyunun 20-də bərpa oluna biləcəyini açıqlayıb. Ölkə kuboku isə iyunun 13-20-də başa çatdırılacaq. B seriyasının da ayın 20-də bərpa olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR