"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir

"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir
# 28 may 2020 13:39 (UTC +04:00)

"Atletiko"nun müdafiəçisi Santyaqo Arias Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Qalatasaray" 28 yaşlı oyunçunu heyətinə qatmağı düşünür.

Madrid klubu özü Ariası mövsümün sonunda satmağı planlaşdırır. Kolumbiyalının müqaviləsində sərbəst qalma məbləği 40 milyon avro göstərilib. Ancaq ispanlar onu ucuz qiymətə yola salmağa hazırdırlar. Hazırda oyunçunun transfer qiyməti 12 milyon avro dəyərindədir və onun xidmətində ən çox maraqlı olan klub "Qalatasaray"dır.

Qeyd edək ki, Santyaqo Arias cari mövsüm 11 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR