“Qalatasaray” – “Kasımpaşa” matçının vaxtı dəyişdirilib

“Qalatasaray” – “Kasımpaşa” matçının vaxtı dəyişdirilib
# 12 fevral 2021 16:36 (UTC +04:00)

Türkiyə Super Liqasının XXV turunun “Qalatasaray” – “Kasımpaşa” matçının vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, fevralın 14-də keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, saat 20:00-da start götürməyəcək.

Türkiyə Futbol Federasiyası hava şəraiti ilə əlaqədar görüşün daha erkən, Bakı vaxtı ilə 17:00-da başlamasını qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR