“Qalatasaray” “Real”ın futbolçusu ilə danışıq aparır

“Qalatasaray” “Real”ın futbolçusu ilə danışıq aparır
  • Clock-gray 14:19
  • calendar-gray 19 Mart 2021

“Real”ın müdafiəçisi Marselo Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray” braziliyalı sol cinah oyunçusunun xidmətində maraqlıdır.

Super Liqada çempionluq uğrunda mübarizə aparan “cim-bom” eyni zamanda gələn mövsümün heyətini də formalaşdırmağa başlayıb. Bir neçə oyunçu ilə yollarını ayıracaq “sarı-qırmızılılar”ın müdafiənin sol cinahına düşündüyü oyunçu məhz Marselodur.

“Real”da əsas heyətdəki yerini itirən ulduz futbolçunun meneceri ilə ilkin təmas qurulub. Ancaq “sambaçı” “İnter” və “Monako”nun da gündəmindədir. “Real” müqaviləsi gələn ilin yayına qədər olan Marselonu başqa kluba pulsuz buraxmağa hazırdır.

Qeyd edək ki, 2007-ci ildən “Real”da çıxış edən Marselo “kral klubu”nun heyətində keçirdiyi 519 oyunda 38 qol vurub, 101 məhsuldar ötürmə verib.

ApaSport

Digər xəbərlər