“Qalatasaray” Türkiyə millisinin hücumçusu ilə anlaşıb

“Qalatasaray” Türkiyə millisinin hücumçusu ilə anlaşıb
# 26 yanvar 2021 10:56 (UTC +04:00)

“Alanyaspor”un futbolçusu Salih Uçan karyerasını “Qalatasaray”da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, bunu 27 yaşlı yarımmüdafiəçi sabiq baş məşqçisi Sait Karafırtınalar deyib.

“Bucaspor”da olarkən Salihə rəhbərlik edən mütəxəssis onun “Qalatasaray”la mövsümün sonu üçün anlaşdığını söyləyib: “Salih mövsümün sonunda “Qalatasaray”a keçəcək. Onun böyük klubda oynamaq təcrübəsi var, “Fənərbaxça” və “Roma”da çıxış edib. Salihin “Qalatasaray”da uğurlu olacağını düşünürəm”.

Qeyd edək ki, Salih Uçan “Alanyaspor”a 2019-cu ildə “Empoli”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR