“Qalatasaray” klubu “Neftçi” ilə oyunda tarixi nəticəyə imza ata bilər

“Qalatasaray” klubu “Neftçi” ilə oyunda tarixi nəticəyə imza ata bilər
# 17 sentyabr 2020 10:27 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” klubu Türkiyə futbol tarixinə düşə bilər.

Apasport.az saytının məlumatına görə, bunun üçün İstanbul təmsilçisi bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda qələbə qazanmalıdır.

Belə olarsa, “cim-bom” avrokuboklarda 100-cü qalibiyyətini əldə edəcək. “Sarı-qırmızılılar”ın indiyə qədər Avropa arenasında 99 qələbəsi, 75 heç-heçəsi, 111 məğlubiyyəti var. Fatih Terimin kollektivi “Neftçi”ni üstələyərsə, avrokuboklarda 100-cü qələbəsini qazanan ilk Türkiyə təmsilçisi olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR