"Qalatasaray" qanalı futbolçuları transfer etmək istəyir

"Qalatasaray" qanalı futbolçuları transfer etmək istəyir
# 13 aprel 2020 16:01 (UTC +04:00)

Gələn mövsümün planlarını cızmağa başlayan "Qalatasaray" 2 qanalı futbolçuya elçi düşüb.

Apasport.az saytının məlumatına görə, "cim-bom" "Nordsyelland"ın yarımmüdafiəçisi Məhəmməd Kudus və "Trenkin"in vingeri Osman Bukarini heyətinə cəlb etmək niyyətindədir.

Koronavirus pandemiyası səbəbindən yüksək məbləğə oyunçu transfer etməyəcək "sarı-qırmızılılar" ucuz qiymətə olan qanalılar üçün klubları ilə danışığa başlayıb. Baş məşqçi Fatih Terim 20 yaşlı Kudus və 22 yaşlı Bukarinin gələcəkdə onlara çox xeyir verə biləcəyini düşünür. Bu üzdən İstanbul təmsilçisi milli üzvləri ilə uzunmüddətli müqavilə bağlamaq istəyir.

Qeyd edək ki, Kudus cari mövsüm 10 qol, 1 assistlə, Bukari isə 8 qol, 12 assistlə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR