"Qalatasaray" sabiq futbolçusunu qaytarıb

 "Qalatasaray" sabiq futbolçusunu qaytarıb
# 12 avqust 2020 00:02 (UTC +04:00)

"Qalatasaray" "Rizəspor"un yarımmüdafiəçisi Oğulcan Çağlayanı heyətinə qatıb.

Apasport.az saytının məlumatına görə, Rizə klubu ilə müqavilə müddəti başa çatan 24 yaşlı hücumameyilli oyunçu "cim-bom"a havayı başa gəlib.

"Sarı-qırmızılılar" rəsmi sayt vasitəsilə Oğulcanla 4 illik saziş imzalandığını açıqlayıb. Bu müddət ərzində futbolçu ümumilikdə 18 milyon lirə qazanc əldə edəcək. Çağlayan keçidlə bağlı təəssüratlarını bölüşüb və 2013-cü ildə ikinci komandasında oynadığı "Qalatasaray"a döndüyü üçün xoşbəxt olduğunu söyləyib.

Qeyd edək ki, Oğulcan Çağlayan 2016-cı ildən bəri "Rizəspor"un formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR