“Qalatasaray” və “Volfsburq” avrokuboklarda mübarizəni dayandırıb

“Qalatasaray” və “Volfsburq” avrokuboklarda mübarizəni dayandırıb
# 02 oktyabr 2020 01:54 (UTC +04:00)

Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, bir matçdan ibarət olan mərhələ çərçivəsində 21 qarşılaşma baş tutub.

Çempionlar yolunda 8, Əsas yolda 13 görüş qrup mərhələsinə son vəsiqələrin sahiblərini müəyyənləşdirib. Azərbaycan çempionu “Qarabağ” Polşada “Legiya”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ağdam klubu Avropa Liqasının qrupunda mübarizə aparacaq.

Türkiyənin ən titullu klubu “Qalatasaray” isə pley-off səddini adlaya bilməyib. Fatih Terimin yetirmələri Şotlandiyada “Reyncers”ə uduzaraq avrokubok mövsümünü başa vurub. Avropa Liqasının qrupunda qonşu ölkəni yalnız əvvəlki raundlardan azad olan “Sivasspor” təmsil edəcək.

Pley-off mərhələsinin qarşılaşmaları gözlənilməz nəticələrlə də əlamətdar olub. Almaniya “Volfsburq”u Yunanıstanda AEK-ə uduzub. Avstriya LASK-ını qəbul edən Portuqaliya “Sportinq”i və Bolqarıstan MOİK-ini sınağa çəkən İsveçrə “Bazel”i mübarizəni ev matçında dayandırıb. Günün ən məhsuldar qarşılaşması Londonda keçirilib. “Tottenhem” Hayfa “Makkabi”sini 7:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək qrup mərhələsinin püşkatmasında 48 komanda 12 qrupa bölünəcək.

Avropa Liqası
Pley-off
Çempionlar yolu
19:30. ÇFR (Rumıniya) - “Kuopio” (Finlandiya) – 3:1
21:00. “Ararat-Armeniya” (Ermənistan) - “Srvena Zvezda” (Serbiya) – 1:2
21:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Flora” (Estoniya) – 3:1
22:00. “Dinamo” (Brest, Belarus) - “Lüdoqorets” (Bolqarıstan) – 0:2
22:00. “Legiya” (Polşa) - “Qarabağ” (Azərbaycan) – 0:3
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) - “Seltik” (Şotlandiya) – 0:1
22:30. “Dandolk” (İrlandiya) - “Klasksvik” (Farer adaları) – 3:1
22:30. “Yanq Boyz” (İsveçrə) - “Tirana” (Albaniya) – 3:0


Əsas yol
21:00. “Malmö” (İsveç) - “Qranada” (İspaniya) – 1:3
21:00. “Rusenborq” (Norveç) – PSV (Niderland) – 0:2
21:00. “Şarlerua” (Belçika) - “Lex” (Polşa) – 1:2
21:00. “Slovan” (Çexiya) - APOEL (Kipr) – 1:0
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) - “Viktoriya” (Çexiya) – 1:0
22:00. “Kopenhagen” (Danimarka) - “Riyeka” (Xorvatiya) – 0:1
22:00. “Standard” (Belçika) - “Fehervar” (Macarıstan) – 3:1
22:30. “Bazel” (İsveçrə) - MOİK (Bolqarıstan) – 1:3
22:45. “Reyncers” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə) – 2:1
22:45. AEK (Yunanıstan) - “Volfsburq” (Almaniya) – 2:1
23:00. “Rio Ave” (Portuqaliya) - “Milan” (İtaliya) – 2:2, pen.8:9
23:00. “Sportinq” (Portuqaliya) - LASK (Avstriya) – 1:4
23:00. “Tottenhem” (İngiltərə) - “Makkabi” (Hayfa, İsrail) – 7:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR