“Qalatasaray”dan gedəcək 4 müdafiəçi müəyyənləşib

“Qalatasaray”dan gedəcək 4 müdafiəçi müəyyənləşib
# 05 may 2020 13:38 (UTC +04:00)

Koronavirus pandemiyası ilə əlaqədar Super Liqaya verilmiş fasilədən yararlanan “Qalatasaray” gələn mövsümün heyətini formalaşdırmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terim mövsümün sonunda müdafiə xəttində təmizləmə işləri aparacaq.

Təcrübəli mütəxəssis, xüsusən də, cinah müdafiəçilərinin çıxışından məmnun deyil. O, sağ cinahda yer alan Mariano, Martin Linnes, Şener Özbayraklı və solda çıxış edən Yuto Naqatomonun xidmətinə ehtiyac duymur. O, cinah müdafiəçilərindən yalnız “Leypsiq”dən icarəyə götürülən Marselo Sarakkinin qalmasını istəyib.

Terim boşluğu kimlərlə dolduracağını da müəyyənləşdirib. Mövsümün sonunda “Olimpiakos”dan ayrılacaq Omar Elabdellaui və “Antalyaspor”lu Nazim Sanqare “cim-bom”un transfer siyahısındadır. Elabdellaui “sarı-qırmızılılar”la 1,5 illik maaş qarşılığında müqavilə bağlamağa hazırdır.

Qeyd edək ki, “Qalatasaray” mövsümün sonunda əksər əcnəbi futbolçuları ilə vidalaşmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR