“Qalatasaray”ın futbolçusunun əli qırılıb

“Qalatasaray”ın futbolçusunun əli qırılıb
# 16 mart 2020 11:06 (UTC +04:00)

Türkiyə Superliqasının XXVI turunda “Beşiktaş”la qolsuz bərabərə qalan “Qalatasaray” bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Ömər Bayram zədələnib.

Matçın ikinci hissəsində meydana daxil olan 29 yaşlı hücumameyilli futbolçu sağ əlindən xəsarət alsa da, sarğının köməyi ilə mübarizəni sona qədər davam etdirib. Lakin qarşılaşmadan sonrakı tibbi müayinənin ardından Ömərin əlində qırıq aşkarlanıb. Futbolçu yaxın iki gün ərzində əməliyyat olunacaq.

Qeyd edək ki, hazırda aktivində 50 xal olan “Qalatasaray” liderlərdən 3 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR