“Qalatasaray”ın məşqi ləğv olunub

 “Qalatasaray”ın məşqi ləğv olunub
# 18 mart 2020 17:53 (UTC +04:00)

“Qalatasaray”ın bugünkü məşqi ləğv olunub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi axşam saatlarına planlaşdırılan məşqə çıxmayacaq.

Ötən həftəsonu “Beşiktaş”la keçirilən çempionat oyunundan (0:0) sonra koronavirus pandemiyası ilə əlaqədar futbolçulara ikigünlük istirahət verən baş məşqçi Fatih Terim bugünkü məşqi axşam saatlarına salmışdı. Hökumət nümayəndələrinin bu gün baş tutacaq toplantısında Super Liqanın təxirə salınması qərarının verilmə ehtimalını nəzərə alan klub futbolçulara bazaya gəlməməyi, evdə qalmağı tapşırıb.

Qeyd edək ki, “Qalatasaray” 26 turdan sonra Super Liqada 50 xalla 3-cü pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR