“Qalatasaray”ın prezidenti “Fənərbaxça” rəhbərinə cavab verib: “Həddini bil”

“Qalatasaray”ın prezidenti “Fənərbaxça” rəhbərinə cavab verib: “Həddini bil”
# 12 yanvar 2021 10:19 (UTC +04:00)

“Fənərbaxça” çox dəyərli rəqibimizdir. Hər zaman hörmət edirəm. Amma onların prezidenti Ali Koçun sözləri qəbuledilməzdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın prezidenti Mustafa Cengiz “Fəbərbaxça”dakı həmkarı Ali Koçun onların cəzalandırılması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Oğulcan Çağlayanın “Rizəspor”dan ayrılaraq “Qalatasaray”a qanunsuz keçidi səbəbindən klubun 1,2 milyon avro məbləğində cərimələnməsinə reaksiya verən Ali Koç “oyunçu ilə gizli danışıq aparan cəzalandırılmalıdır” fikrini səsləndirmişdi. Mustafa Cengiz isə bu sözlərinə görə, onu sərt şəkildə tənqid edib: “Ali Koç, həddini bil. Türkiyənin ən zəngin adamı ola bilərsən. Amma məhkəməyə hökm edə, təzyiq göstərə bilməzsən. Buna nə həddin, nə də ixtiyarın var. Ali Koç “Rizəspor”la birlikdə hərəkət etsin, qarşımızda dursun, məhkəməyə gəlsin”.

Qeyd edək ki, Oğulcan Çağlayan da 6 oyunluq diskvalifikasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR