"Qalatasaray"ın prezidentinin əməliyyatı bitib - YENİLƏNİB

"Qalatasaray"ın prezidentinin əməliyyatı bitib - YENİLƏNİB
# 18 may 2020 16:59 (UTC +04:00)

“Qalatasaray”ın prezidenti Mustafa Cengizin əməliyyatı başa çatıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, həkim Dursun Buğra tərəfindən baş tutan əməliyyat uğurlu keçib. Cengizin hazırda səhhətinin normal olduğu vurğulanıb.

Qeyd edək ki, Mustafa Cengiz mədəsində qanaxma baş verdiyi üçün bu gün səhər əməliyyata götürülüb.

***

Saat. 14:46

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz yenidən xəstəxanaya yerləşdirilib.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri növbəti dəfə əməliyyata götürülüb.

Bir neçə gün əvvəl beyin şişinə görə 10 saatlıq əməliyyat keçirən və ötən həftə evə buraxılan Cengizdə bu dəfə mədə qanaması baş verib. Bu üzdən “cim-bom”un prezidenti bu gün təcili əməliyyata götürülüb.

Xəbəri eşidən kimi xəstəxanaya yollananlar arasında “Fənərbaxça”nın prezidenti Ali Koç da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR