“Qalatasaray”ın yeni transferi tibbi təyyarə ilə İstanbula gətiriləcək

“Qalatasaray”ın yeni transferi tibbi təyyarə ilə İstanbula gətiriləcək
# 01 fevral 2021 01:45 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun yeni transferi Gedson Fernandesin Türkiyəyə səfəri yubanıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb portuqaliyalı yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır.

Portuqaliya klubu “Benfika”dan mövsümün sonuna qədər icarəyə götürülən 22 yaşlı oyunçunun testi pozitiv çıxıb. “Cim-bom” tibbi təyyarə ayrılması üçün hökumətə müraciət edib. Hazırda karantində olan Fernandes sabah səhər saatlarında İstanbula gətiriləcək.

Qeyd edək ki, “Qalatasaray” bu gün Gedson Fernandeslə yanaşı, “Nyukasl”dan sağ cinah müdafiəçisi Deandre Yedlini də transfer etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR