"Qarabağ" İstanbulda "Makkabi" ilə oynayacaq

"Qarabağ" İstanbulda "Makkabi" ilə oynayacaq
# 03 dekabr 2020 04:33 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri son ev matçına çıxacaq.

Rəqiblərini qardaş Türkiyənin İstanbul şəhərində qəbul edəcək Ağdam təmsilçisi qrupdakı 3-cü ev maçını da “Başakşəhər Fatih Terim” stadionunda keçirəcək. Son iki turun nəticəsindən asılı olmayaraq qrupda 4-cü yeri tutması rəsmiləşən “Qarabağ” Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq.

İsraildə rəqibinə 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparacaq. Keçirdiyi bütün matçlarda məğlubiyyətə üzülən təmsilçimiz son ev sınağında uğursuz seriyanı dayandırmağa çalışacaq. Bütün qollarını İstanbulda vuran “Qarabağ” “Vilyarreal” (1:3) və “Sivasspor”la (2:3) qarşılaşmalardakı kimi yenə rəqib qapısına yol tapmaq niyyətindədir.

Lakin ağdamlılar görüşə ciddi itkilərlə çıxacaq. Baş məşqçi Qurban Qurbanov, həmçinin əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğundan, üstəlik zədəlilərin də olması üzündən komanda çətin durumdadır. 1/16 finala vəsiqəyə iddialı olan rəqib də bu itkilərdən yararlanmağa köklənib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. İ qrupunun eyni vaxtda başlayacaq digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gələcək.

Avropa Liqası
İ qrupu, V tur
3 dekabr

21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail)
Baş hakim: Robert Hennessi (İrlandiya)
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu

1

Vilyarreal

4

3

1

0

13-5

10

2

Makkabi

4

2

1

1

4-6

7

3

Sivasspor

4

2

0

2

9-9

6

4

Qarabağ

4

0

0

4

3-9

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR