“Qarabağ” “Keşlə” ilə, "Səbail" "Zirə" ilə üz-üzə gələcək

“Qarabağ” “Keşlə” ilə, "Səbail" "Zirə" ilə üz-üzə gələcək
# 08 mart 2020 00:31 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə 2 matç keçiriləcək.

Hər iki qarşılaşma Bakıda baş tutacaq. Öncə meydana turnir cədvəlindəki qonşular “Zirə” və “Səbail” çıxacaq. 4 turdur xal həsrətində olan Zaur Həşimovun yetirmələri rəqibin eyni matçdır sürən məğlubiyyətsizliyini qırmağa çalışacaq. Meydan sahibləri isə autsayderlər qrupundan uzaqlaşmaq üçün qalib gəlməlidir.

Tura ilk “üçlük”də qərarlaşan komandaların oyunu ilə yekun vurulacaq. “Keşlə” lider “Qarabağ”la üz-üzə gələcək. Paytaxt təmsilçisi “Neftçi” ilə fərqin artmaması, ağdamlılar isə azalmaması üçün qalib gəlməlidir. Bu il qol buraxmayan əyalət klubu quru seriyasını davam etdirmək üçün də mübarizə aparacaq.

Qeyd edək ki, turun ilk günündə “Qəbələ” “Sumqayıt”a 5, “Neftçi” “Sabah”a 4 cavabsız qolla qalib gəlib.

Azərbaycan Premyer Liqası
XX tur
8 mart (bazar)

16:00. “Səbail” – “Zirə”
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

18:00. “Keşlə” – “Qarabağ”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
“ASK Arena”

1

Qarabağ

19

12

6

1

32-7

42

2

Neftçi

20

10

7

3

33-14

37

3

Keşlə

19

8

6

5

27-19

30

4

Sumqayıt

20

6

5

9

24-32

23

5

Sabah

20

5

6

9

19-27

21

6

Zirə

19

5

5

9

22-36

20

7

Səbail

19

5

5

9

15-27

20

8

Qəbələ

20

5

4

11

25-35

19

Bombardirlər: Stiven Monroz, Baqali Dabo (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") - 7 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR