“Qarabağ” – “Makkabi” matçının güclüsü açıqlanıb

“Qarabağ” – “Makkabi” matçının güclüsü açıqlanıb
# 03 dekabr 2020 12:08 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Makkabi” (İsrail) oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları ev oyununu Türkiyənin İstanbul şəhərində keçirəcək Azərbaycan çempionunu rəqibindən güclü saymır.

Bu gün “Başakşəhər” Fatih Terim Stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 4,64, məğlubiyyəti 1,88 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,72 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR