“Qarabağ” – “Qəbələ” oyunu koronavirus səbəbindən təxirə salınıb

“Qarabağ” – “Qəbələ” oyunu koronavirus səbəbindən təxirə salınıb
# 05 dekabr 2020 14:10 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

“Qarabağ”ın heyətində 7 futbolçuda koronavirus testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Bunadək digər üç matç – “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.

Turun keçiriləcəyi tarixi Peşəkar Futbol Liqası müəyyənləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR