“Qarabağ” “Vilyarreal”la oyun üçün İstanbula yollanıb - FOTOSESSİYA

“Qarabağ” “Vilyarreal”la oyun üçün İstanbula yollanıb - FOTOSESSİYA
# 27 oktyabr 2020 17:00 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la qarşılaşacaq “Qarabağ” Azərbaycanı tərk edib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bir qədər əvvəl çarter reysi ilə qarşılaşmanın oynanılacağı İstanbula yola düşüb.

Qurban Qurbanov sabah oyunöncəsi son məşqini keçəcək. Ağdamlılar ölkədəki hərbi vəziyyətlə əlaqədar “Vilyarreal”ı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edəcəklər.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək matç Bakı vaxtı ilə 21:55-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR