“Qarabağ” bəyanat yayıb

“Qarabağ” bəyanat yayıb
  • Clock-gray 14:57
  • calendar-gray 01 Noyabr 2020

“Qarabağ” futbol klubu bəyanat yayıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu hər zaman idman prinsiplərinə, ali futbol qurumu olan UEFA-nın Ədalətli Oyun (Fair Play), İrqçiliyə yox (No Racism) və digər bütün qaydalarına riayət etdiyini bəyan edib.

Klub eyni zamanda, Azərbaycanın ərazi haqqı və bütövlüyünü dəstəkləməkdə möhkəmliyini ifadə edib: “İşimiz futboldur və tezliklə oyunlarımızı Qarabağdakı öz əzəli stadionumuzda oynaya biləcəyimizə inamımız sonsuzdur. Biz düşünürük ki, idmanın şahı sayılan futbol öz yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqının illər boyu çəkdiyi əziyyətini beynəlxalq səviyyədə məlumatlandırmaq üçün ən yaxşı dinc vasitədir. Prezidentimiz cənab İlham Əliyev tərəfindən dəfələrlə bildirildiyi kimi, milliyyətindən asılı olmayaraq mülki şəxslərə edilən hər hansı bir hücumu pisləyir, Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayırıq. Bu hücumlar nəticəsində günahsız mülki şəxslərin dağıntılarına, itkilərinə və əzablarına beynəlxalq cavab tələb edirik”.

Bəyanatda "Qarabağ"ın mənəvi, humanist dəyərlərimizə, insanlığın birliyinə və həyatın müqəddəsliyinə inamımıza bağlılığımıza sadiqlik də qeyd olunub: “Bu inam kökləri milli mədəniyyətimizdə, böyük filosofumuz İmaməddin Nəsiminin şeirlərində, komanda üzvlərimizin hər birinin ürəyində tapır”.

ApaSport

Digər xəbərlər