"Qarabağ" qalib gəlib, "Keşlə" heç-heçə edib

"Qarabağ" qalib gəlib, "Keşlə" heç-heçə edib
# 17 oktyabr 2020 17:54 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk oyun günündə iki matç keçirilib.

Tur paytaxt derbisi ilə başlayıb. Çempionatın autsayderi “Səbail” öz meydanında yuxarı pillələrdə qərarlaşan “Keşlə”ni qəbul edib. Gərgin keçən matçda komandalar hərəyə 1 xalı 1 qolla qazanıblar.

Fasilədən dərhal sonra “Keşlə” Rəhman Hacıyevin uzaq məsafədən mükəmməl qolu ilə hesabı açsa da, cəmi 2 dəqiqə sonra status-kvo bərpa olunub. Adil Nağıyevin 83-cü dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, “Səbail” azlıqda keçirdiyi son dəqiqələrdə qapısının toxunulmazlığını qorumağı bacarıb.

Günə “Qarabağ” və “Qəbələ” arasında matçla yekun vurulub. Qələbəsi olmayan qonaqlar uğursuz seriyaya son qoya bilməyiblər. Fasilə ərəfəsində hesabı açan çempion ikinci hissənin sonlarında rəqibi daha iki dəfə mərkəzə dəvət edərək, böyükhesablı qələbəyə sevinib. Bu yenilgi “qırmızı-qaralar”ı turnir cədvəlinin son pilləsinə yuvarladıb.

Qeyd edək ki, tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq. “Neftçi” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
VI tur
17 oktyabr (şənbə)
14:00. "Səbail" - "Keşlə" - 1:1
Qollar:
Bahadur Həziyev, 51 - Rəhman Hacıyev, 49
Qırmızı vərəqə: Adil Nağıyev, 83
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 29. Amil Yunanov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov
Baş məşqçi: Yunis Hüseynov
"ASCO Arena"

16:00. "Qarabağ" - "Qəbələ" - 3:0
Qollar:
Donald Gerye, 44, Patrik Andrade, 89 (pen.), Toral Bayramov, 90+1
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
"Azersun Arena"

1

Zirə

5

3

1

1

7-6

10

2

Keşlə

6

2

3

1

6-4

9

3

Qarabağ

5

2

2

1

8-4

8

4

Sumqayıt

5

2

2

1

7-5

8

5

Neftçi

5

2

1

2

5-6

7

6

Sabah

5

2

0

3

6-6

6

7

Səbail

5

1

1

3

6-8

4

8

Qəbələ

6

0

4

2

3-9

4

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 5 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR