“Qarabağ” xal itirib, “Sabah” azlıqda qalan rəqiblə bacarmayıb

“Qarabağ” xal itirib, “Sabah” azlıqda qalan rəqiblə bacarmayıb
  • Clock-gray 17:57
  • calendar-gray 29 Noyabr 2020

Azərbaycan Premyer Liqasında XI tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 2 matç keçirilib.

Günün hər iki oyunu eyni – 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk görüş “ASK Arena”da baş tutub. Turnir cədvəlində qonşular “Keşlə” və “Sabah” üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıb. Meydan sahibləri azlıqda qalsa da, məğlubiyyətdən qaça bilib – 1:1.

Son çempion “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olub. Oyunda hesabı penaltini dəqiq yerinə yetirən meydan sahibləri açıb. Ağdam təmsilçisi buraxılan qoldan az sonra hesabda tarazlıq yarada bilib – 1:1.
 
Qeyd edək ki, turun açılış matçında isə “Neftçi” ilə “Zirə” qolsuz bərabərə qalıb. “Sumqayıt” – “Qəbələ” qarşılaşması isə koronavirus pandemiyası səbəbindən noyabrın 30-na təxirə salınıb.

Azərbaycan Premyer Liqası 
XI tur
14:00. “Keşlə” – “Sabah” - 1:1
Qollar: 
Sezar Meza Kolli, 85 - Kevin Kubemba, 60
Qırmızı vərəqələr: Con Kamara, 54, İlkin Qırtımov (ehtiyatda olarkən)
Baş hakim: İnqilab Məmmədov

“Keşlə”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 20. Rail Məlikov, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov

“Sabah”: 12. Alvaro Villete, 15. Ruslan Abışov (k), 4. Bəhlul Mustafazadə, 14. Slavik Alxasov, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev

Ehtiyat oyunçular: 25. Əlirza Müştəbazadə, 8. Elşən Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 60. Abbas Ağazadə, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez
“ASK Arena”
 
16:00. “Səbail” – “Qarabağ” - 1:1
Qollar: 
Amil Yunanov, 57 (pen.) - Donald Qerye, 64
Baş hakim:
Elçin Məsiyev
“Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 34. Urfan Abbasov (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 6. Orxan Qurbanlı, 99. Bahadur Həziyev, 13. Əli Sadıxov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
“Qarabağ”: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“ASCO Arena”

1

Qarabağ

10

5

4

1

27-7

19

2

Zirə

11

5

4

2

12-9

19

3

Neftçi

11

5

3

3

11-13

18

4

Sumqayıt

10

4

3

3

13-15

15

5

Keşlə

11

3

4

4

12-16

13

6

Sabah

11

3

1

7

11-14

10

7

Səbail

10

2

4

4

11-13

10

8

Qəbələ

10

1

5

4

8-18

8

​​​​​​​Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ"), Namiq Ələsgərov ("Neftçi") - 6 qol.

ApaSport

Digər xəbərlər