"Qarabağ"ın futbolçusu: "8 oyunu deyil, növbəti matçımızı düşünürük"

"Qarabağ"ın futbolçusu: "8 oyunu deyil, növbəti matçımızı düşünürük"
# 26 mart 2021 18:48 (UTC +04:00)

“Tam heyətlə olmasa da, hazırlığımız davam edir. Bütün futbolçular olmayanda çətin olur. Buna baxmayaraq, məşqlərdən maksimum yararlanmağa çalışırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Klubun rəsmi saytına danışan xorvatiyalı orta sahə oyunçusu çempionluq uğrunda sona qədər mübarizə gedəcəyini söyləyib. O, ilk olaraq növbəti matçı düşündüklərini vurğulayıb: “Azərbaycan Premyer Liqasını qazanmaq həmişə çətin olub. Bu il də istisna deyil. “Neftçi” ilə mübarizəyə gəlincə, bu il deyil, hər zaman bu komandada yaxşı futbolçular yer alıb. Mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu deyil, sırf olaraq növbəti matçımızı düşünürük. Baş məşqçimiz də bizdən həmişə performansımızın yüksək olmasını tələb edir”.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu XXI tur çərçivəsində aprelin 4-də “Keşlə”yə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR