“Qarabağ”ın oyununun yeri dəyişdirilib

“Qarabağ”ın oyununun yeri dəyişdirilib
# 01 dekabr 2020 13:12 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, XII turun “Qəbələ” – “Qarabağ” oyunu ilə XVIII turun “Qarabağ” – “Qəbələ” matçlarının yeri dəyişdirilib.

Komandalar dekabrın 6-da Bakıda üz-üzə gələcək. Buna “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti səbəb olub.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu qitə miqyaslı oyunlarını Azərbaycandan kənarda keçirdiyini əsas gətirib və vaxt məhdudiyyəti səbəbindən görüşlərin yerinin dəyişdirilməsini istəyib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR