Qaret Beylə Bakıda qadağa tətbiq olunacaq

Qaret Beylə Bakıda qadağa tətbiq olunacaq
# 02 dekabr 2019 17:53 (UTC +04:00)

Uels milli komandasının lideri Qaret Beylin qolfa aludəçiliyi baş məşqçi Rayan Giqqzin qəzəbinə səbəb olub.

Apasport.az saytının məlumatına görə, mütəxəssis ulduz oyunçunun bu idman növünə həddən artıq bağlanmağına qarşıdır.

O, belə aludəçiliyin əzələ zədələrinə aparıb çıxarmaq riskinə görə narahatdır. R.Giqqz AVRO-2020-nin final mərhələsinin keçiriləcəyi müddətdə futbolçuya qolf oynamağı qadağan edəcək.

Oyunçunun tamamilə futbola köklənməsi üçün belə sərt addım atacaq. Bu isə o deməkdir ki, qrup oyunlarını Bakı və Romada keçirəcək Uels yığmasının aparıcı bu şəhərlərdə olduğu müddətdə qolf qadağası ilə üz-üzə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR