Qaret Beyl avrokuboklarda 2 ildən sonra qol vurub

Qaret Beyl avrokuboklarda 2 ildən sonra qol vurub
# 04 dekabr 2020 09:34 (UTC +04:00)

Uels millisinin və İngiltərə “Tottenhem”inin futbolçusu Qaret Beyl karyerasına 200-cü qolu vurub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin V turunun LASK-la görüşündə (3:3) fərqlənib.

3:3 hesabı ilə başa çatan qarşılaşmada qol sevinci yaşayan 31 yaşlı uelsli London klubunda 57-ci dəfə rəqib qapısına yol tapıb. O, İspaniya “Real”ında 103, Uels millisində 33, “Sauthempton”da 5 dəfə fərqlənib.

Beyl avrokuboklarda 2 illik qol həsrətinə son qoyub. Uelsli sonuncu dəfə 2018-ci il noyabrın 27-də “Real”ın heyətində “Roma”nı (2:0) məyus edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR