“Qəbələ” “Səbail”lə heç-heçə edib, "Qarabağ" "Zirə"yə qalib gəlib

“Qəbələ” “Səbail”lə heç-heçə edib, "Qarabağ" "Zirə"yə qalib gəlib
# 09 mart 2021 19:05 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün daha iki oyun keçirilib.

Günün ilk matçı Qəbələdə baş tutub. 4-cü yer uğrunda mübarizə aparan eyniadlı komanda “Səbail”i qəbul edib. Qarşılaşmada hər iki qol ikinci hissəyə təsadüf edib. Bakılılar hesabı açsa da, meydan sahibləri məğlubiyyətdən qaçıb.

Son çempion “Qarabağ” turnir cədvəlindəki qonşusu “Zirə”nin qonaq edib. Ağdamlılar matçın taleyini artıq ilk yarıda vurulan qollarla həll etməyə nail olub. Qurban Qurbanovun yetirmələri bu qələbə ilə “Neftçi”yə çatıb.

Qeyd edək ki, dünən keçirilən oyunlarda “Sabah”la “Sumqayıt” bərabərə qalıb (1:1), “Neftçi” isə “Keşlə”ni məğlub edib (3:1).

Azərbaycan Premyer Liqası
XIX tur
9 mart (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Səbail” - 1:1
Qollar:
Rafael Utriq, 79 - Amil Yunanov, 57
Qırmızı vərəqələr: Rüfət Əhmədov, 88 - Ruslan Hacıyev, 66
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov,
14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 2. Vinko Medimoreç, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 20. Ruslan Hacıyev, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Qəbələ şəhər stadionu

17:15. “Zirə” – “Qarabağ” - 0:2
Qol:
Xayme Romero, 3, Patrik Andrade, 32
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 30. Riçard Almeyda, 11. Klesio Bauk,
12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 17. Rodriqo Bonqonqui, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 10. Abdullah Zubir, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Zirə İdman Kompleksinin stadionu

1

Neftçi

19

12

3

4

26-19

39

2

Qarabağ

19

11

6

2

44-13

39

3

Zirə

19

7

8

4

23-20

29

4

Sumqayıt

19

6

7

6

21-22

25

5

Qəbələ

19

5

7

7

17-27

22

6

Səbail

19

4

6

9

19-29

18

7

Keşlə

19

3

7

9

18-30

16

8

Sabah

19

4

4

11

19-27

16

Bombardirlər: Namiq Ələsgərov (“Neftçi”) - 13 qol, Mahir Emreli (“Qarabağ”) - 12 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR