"Qəbələ" "Zirə" ilə heç-heçə oynayıb

"Qəbələ" "Zirə" ilə heç-heçə oynayıb
# 23 avqust 2020 20:53 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün son oyun keçirilib.

Turun qapanış matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Bu, həm də qonaqların çalışdırıcısı Rəşad Sadıqovun klubun sükanı arxasında baş məşqçi kimi ilk rəsmi görüşü olub.

Matça sürətli başlayan "Qəbələ" Asif Məmmədovun erkən qolu ilə hesabı açıb. Lakin yarım saat tamam olmamış qonaqlar bərabərliyi bərpa ediblər. Kapitan Ağabala Ramazanov fərqlənib. Qalan vaxtda qapılara qol vurulmadığından, mövsümün ilk heç-heçəsi qeydə alınıb. Görüşə əlavə edilmiş dəqiqələrdə isə Rəşad Sadıqovun komandası meydanda azlıqda qalıb. Hacıağa Hacılı mövsümün ilk qırmzı vərəqəsini alıb. Bununla "Qəbələ" ardıcıl 7-ci Premyer Liqa oyununda "Zirə"yə uduzmayıb.

Qeyd edək ki, birinci turun ilk 3 oyununda "Keşlə" "Sumqayıt"a (1:0), "Neftçi" "Səbail"ə (2:1), "Qarabağ" isə "Sabah"a (2:0) qalib gəlib.

Premyer Liqa
I tur
23 avqust
19:00. “Qəbələ” – “Zirə” - 1:1
Qollar:
Məmmədov, 3 - Ramazanov, 28
Qırmızı vərəqə: Hacılı, 90+1
Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov

“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 13. Yurqen Qoxa, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”: 22. Rəşad Əzizli, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 31. Nail Alışov, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Qəbələ şəhər stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR