“Qəbələ” monteneqrolu futbolçunu transfer edib

“Qəbələ” monteneqrolu futbolçunu transfer edib
  • Clock-gray 13:58
  • calendar-gray 14 Avqust 2020

2020-2021-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. 

23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. 

Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

ApaSport

Digər xəbərlər