"Qəbələ"nin baş məşqçisi: "Desəm ki, futbolçuların psixoloji durumu idealdır, yalan danışmış olaram"

"Qəbələ"nin baş məşqçisi: "Desəm ki, futbolçuların psixoloji durumu idealdır, yalan danışmış olaram"
  • Clock-gray 11:53
  • calendar-gray 02 May 2020

"Bütün komandalar 2 aydır evdədir. Futbolçunun işi meydanda olur, bunun üçün isə müntəzəm oynamalıdır".

Bunu apasport.az saytına "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Koronavirus pandemiyasına görə, karantin rejiminin uzadılmasına münasibət bildirən gənc mütəxəssis futbolçuların psixoloji cəhətdən problem yaşamalarının qaçılmaz olduğunu bildirib: "Desəm ki, futbolçuların psixoloji durumu idealdır, yalan danışmış olaram. Axı futbolçu da robot deyil, insandır. İnsan gəzməli, istirahət etməlidir. Hazırkı durum təkcə onlara yox, hamıya mənfi təsir edir. Düşünürəm ki, meydançanı görəndən sonra psixoloji durumları qaydasına düşəcək".

Baxşıyev mayın sonunda müqavilə müddəti başa çatacaq oyunçuların həmin vaxtdan sonra da komandada qalacaqlarına ümid edir: "Klub indiyə qədər bütün futbolçularla bağlı öhdəliklərini yerinə yetirib. Ümidvarıq ki, onlar da bunun qarşılığını verəcəklər. Yəqin ki, komandanı yarı yolda atıb getməzlər. Çünki klub həmişə onlara dayaq olub".

Qeyd edək ki, Azərbaycanda karantin rejimi mayın 31-dək uzadılıb.

ApaSport

Digər xəbərlər