Qurban Qurbanov: “Türkiyədə oynamaq üçün israr etdik”

Qurban Qurbanov: “Türkiyədə oynamaq üçün israr etdik”
  • Clock-gray 09:42
  • calendar-gray 28 Oktyabr 2020

“Qardaş ölkəyə sevə-sevə gəldik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”ı qəbul edəcək Azərbaycan çempionu dünən qardaş ölkəyə yollanıb.

İstanbul Hava Limanında qısa açıqlama verən Qurbanov ev oyununu “Başakşəhər Fatih Terim” stadionunda keçirəcəkləri üçün sevincli olduqlarını söyləyib: “Bizə başqa ölkələr, stadionlar təklif olundu. Ancaq biz Türkiyədə oynamaq istədiyimizi dedik. Bunun üçün israr etdik. Burada oyun keçirəcəyimiz üçün sevincliyik”.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək matç Bakı vaxtı ilə 21:55-də start götürəcək.

ApaSport

Digər xəbərlər