Qurban Qurbanov: "Komandada psixoloji gərginlik var"

Qurban Qurbanov: "Komandada psixoloji gərginlik var"
# 02 dekabr 2019 22:12 (UTC +04:00)

“İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”ın qonağı olan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Oyunsonrası mətbuat konfransında Qurbanov qələbə qazandıqları görüşü belə şərh edib: “Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram. Rəqibdə fərqli oyun üslubu müşahidə etdim. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdır".

O bildirib ki, avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilməyib: "Bunu çox fikirləşsək, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR