Quti “Almeriya”dan istefaya göndərilib

Quti “Almeriya”dan istefaya göndərilib
# 26 iyun 2020 13:58 (UTC +04:00)

İspaniyanın “Almeriya” klubunda baş məşqçi istefası baş verib.

Apasport.az saytının məlumatına görə, Quti kimi tanınan Xose Mariya Qutyerres vəzifəsindən azad olunub.

Buna səbəb Sequnanın XXXV turundakı məğlubiyyətdir. “Alkorkon”a 0:1 hesabı ilə uduzan “Almeriya” 56 xalla 3-cü pillədə qərarlaşıb. Bu, yalnız Primeraya vəsiqə üçün pley-offa vəsiqə verir. Qutinin sabiq komandası birbaşa yüksək liqaya qalxacaq 2-ci pillədən 5 xal ayırır. Onu kimin əvəzləyəcəyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, Quti 2019-cu ilin noyabrında “Almeriya”nın baş məşqçisi təyin olunub və komandanın qarşısına Primeraya qayıtmaq vəzifəsi qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR