Qvardiola Ferqyusonun nəticəsini təkrarlayıb

Qvardiola Ferqyusonun nəticəsini təkrarlayıb
# 05 may 2021 09:23 (UTC +04:00)

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında olduğu kimi (2:1), cavab oyununda da PSJ üzərində qələbə qazanan (2:0) “Mançester Siti” tarixində ilk dəfə finala vəsiqə əldə edib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bunu bacaran 9-cu İngiltərə klubu olub.

Bu isə yeni rekord deməkdir. “Mançester Siti”dən əvvəl “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa”, “Nottingem Forest” və “Lids” qitənin ən nüfuzlu turnirində finalda iştirak edib.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə 3-cü dəfə final həyəcanı yaşayacaq. O, “Barselona”da olarkən 2008/09 və 2010/11 mövsümlərində həlledici matça qədər irəliləyib. 10 ildən sonra nəticəsini təkrarlayan ispaniyalı mütəxəssis fərqli onilliklərdə 3 dəfə bunu reallaşdıran ikinci məşqçidir. Ona qədər Aleks Ferqyuson “Mançester Yunayted”lə bunu bacarıb (1998/99, 2008/09, 2010/11).

Maraqlıdır ki, Qvardiola ilk iki finalında məhz Ferqyusona rəqib olub. Hər iki qarşılaşmada ispaniyalının “Barselona”sı qalib gəlib.

Qeyd edək ki, “Mançester Siti”nin finaldakı rəqibi bu gün keçiriləcək “Çelsi” – “Real” oyununun qalibi olacaq. Bu komandaların Madriddəki ilk duelində 1:1 hesabı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR