Ramin Musayev: “Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik”

Ramin Musayev: “Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik”
# 24 noyabr 2020 13:09 (UTC +04:00)

“Ali Baş Komandanımıza, Ordumuza türk dünyasına verdikləri sevincə görə təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Azərbaycan kubokunun püşkatma mərasimində çıxış edən qurum rəhbəri final görüşünün işğaldan azad olunan Qarabağda keçirilməsi arzusunu bir daha dilə gətirib: “Bildirmişdim ki, dövlət tərəfindən icazə verilərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik. Bu, tək bizdən asılı deyil. Qarabağdakı vəziyyəti hamı bilir. Hazırlıq olmalı, stadion tikilməlidir. Bunlar olduqdan sonra böyük sevinclə orada final görüşü təşkil edərik. Əks təqdirdə, azarkeşlərin istəyinə uyğun yer seçəcəyik”.

O bildirib ki, kubokda iştirakı sayı bu günə görə az deyil: “Təki kubok yarışı axıra qədər keçirilsin və titulun sahibi bilinsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR