"Real", "Barselona" və "Atletiko"nun La Liqadakı taleyinə aydınlıq gəlib

"Real", "Barselona" və "Atletiko"nun La Liqadakı taleyinə aydınlıq gəlib
# 20 aprel 2021 09:28 (UTC +04:00)

Superliqaya qatılan İspaniya klubları “Real”, “Barselona” və “Atletiko” La Liqadan kənarlaşdırılmayacaq.

Apasport.az saytının xarici mətbuatına istinadən məlumatına görə, hər üç klub çempionatda çıxışını davam etdirəcək.

Buna La Liqa rəhbərliyinin fikirləri səbəb olub. Funksionerlər Superliqanı “ölü doğulan layihə” hesab edir. La Liqa əmindir ki, bu turnir başlamayacaq. Məhz bu üzdən də İspaniya klublarının çempionatdan xaric olunmasına əsas yoxdur.

La Liqa rəhbərliyinin Superliqanın gələcəyinə inamsızlığı isə onunla bağlıdır ki, turnirin “JP Morgan” bankına kreditdən başqa heç nəyi yoxdur.

Qeyd edək ki, daha öncə bəyanat yayan La Liqa yeni turnirin yaradılmasını qınayıb.

Superliqadakı İtaliya təmsilçiləri “Milan”, “İnter” və “Yuventus” da A seriyasına müraciət ünvanlayaraq çempionatdan çıxmaq istəmədiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR