"Real" "Eybar"la oyuna itkilərlə çıxacaq

"Real" "Eybar"la oyuna itkilərlə çıxacaq
# 13 iyun 2020 14:46 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpasından sonra ilk oyununu "Eybar"a qarşı keçirəcək "Real" meydana itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, "kral klubu" XXVIII tur çərçivəsində Madriddə baş tutacaq qarşılaşmada 3 futbolçunun xidmətindən məhrum olacaq.

Müdafiəçi Naço, yarımmüdafiəçi Lukas Vaskes və hücumçu Luka Yoviç oyunun iştirak ərizəsinə salınmayıb. Hər üç futbolçunun heyətdən kənarda qalmasına səbəb zədəli olmasıdır. İxtiyarında 22 oyunçu olan baş məşqçi Zinəddin Zidan əvəzedici komandadan 1 oyunçunu iştirak ərizəsinə daxil edəcək.

Qeyd edək ki, iyunun 14-də keçiriləcək "Real" - "Eybar" oyunu Bakı vaxtı ilə 21:30-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR